Sahibkarlar yolu bağladı, İcra başçısı "EuroHome"a gəldi - -VİDEO+FOTO=8

Sahibkarlar yolu bağladı, İcra başçısı "EuroHome"a gəldi -VİDEO+FOTO=8

“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.
Onun sözlərinə görə, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, FHN-in rəsmi məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
Hadisə ilə bağlı bir neçə nəfər xəstəxanaya yerləşdiririlib.
İlkin hesablamaya əsasən, təxminən, 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.
Hazırda araşdırma işləri davam etdirilir.
                                                                                              ***
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev "EuroHome"da sahibkarlarla görüşür.
Yeniavaz.com xəbər verir ki, "EuroHome" tikinti materialları bazarında malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər. Polisin müdaxiləsi ilə sahibkarlar sakitləşdirilib. Daha sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisə yerinə gəlib. İcra başçısı hazırda zərərçəkən sahibkarların şikayətini dinləyir.
                                                                                               ***
Xəbər verdiyimiz kimi, "EuroHome" tikinti materialları bazarında malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər.
Yeniavaz.com-un hazırda "EuroHome"da olan müxbirinin verdiyi məlumata görə, "EuroHome"un sahibi Azay Möhnətov da bazara gəlib, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə görüşür.
Qeyd edək ki, FHN-in istintaq komisiyasının rəhbəri də hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
                                                                                               ***
“Eurohome” ticarət mərkəzində malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlayıb.
Tikinti materiallarının satıldığı bazarda baş verən yanğın zamanı maddi ziyana düşən sahibkarlar öz etirazlarını bildirmək üçün belə bir yola əl atıblar.
Ətrafdakıların çəkdiyi görüntülərdən aydın olduğu kimi sahibkarlar yolun qarşısını kəsir.
Hətta, bununla razılaşmayan bir sürücüyə hücum çəkib döyməyə çalışırlar. Narazı kütlə maşınların şüşəsinə yumruq atır, sürücülərin avtomobili saxlamasını tələb edirlər.
Hadisə yerindən görüntüləri təqdim edirik:

 

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !