"Nəvanı səsləndirdim və tamaşaçıların marağı məni heyrətə gətirdi - -FOTO=4

"Nəvanı səsləndirdim və tamaşaçıların marağı məni heyrətə gətirdi” -FOTO=4

Əməkdar artist Fərqanə Qasımova hazırda Parisdəki “Alliance Francaise” teatrında konsert verib. Minval.info xəbər verir ki, musiqili gecənin ən yadda qalan məqamı F.Qasımovanın bir neçə il öncə yenidən səhnəyə qaytardığı “Nəva” muğamını ifa etməsi olub.
“Nəvanı burada səsləndirdim və tamaşaçıların göstərdiyi maraq məni heyrətə gətirdi. Bizi 4 dəfə alqışla səhnəyə qaytardılar. Uçmağa qanadım olmadı”-deyə xanəndə bildirib.
Xatırladaq ki, “Nəva” Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir.
Onu da qeyd edək ki,muğam ifaçısı 11 dekabr tarixində Brest şəhərində master klass keçəcək. Burada təxminən 12 xarici ölkədən musiqiçi və tələbələr iştirak edəcək.
12 dekabr isə elə həmin şəhərdə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !