5 hektar bazar ərazisinin 2 hektarı yanıb - -VİDEO=2

5 hektar bazar ərazisinin 2 hektarı yanıb -VİDEO=2

"150 minlik ziyana düşdüm".
Bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib.
Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:
“Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.
Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.
Nisyə dəftərim vardı. 50-60 minə yaxın alacaqlarım vardı, o dəftər də yandı. Bilmirəm kimdən nə alacam, nə qədər alacam. Heç kim bizə heç nə demir”.
Qeyd edək ki, bazarda yanğınla bağlı təhlükəsizlik siqnalları quraşdırılmayıb.
                                                                                               ***
Fövqəladə Hallar Nazirliyi (FHN) "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
Hazırda soyutma işləri davam etdirilir.
İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !