Yanğını söndürmək üçün təyyarə və 3 helikopter cəlb olundu - -VİDEO=2+FOTO=4

Yanğını söndürmək üçün təyyarə və 3 helikopter cəlb olundu -VİDEO=2+FOTO=4

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
                                                                                        ***
Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Əlavə məlumat veriləcək.
                                                                                       ***
Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.
Yeniavaz.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:
"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".
                                                                                      ***
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə gəlib.
Nazir müavini vəziyyətlə tanış olub, yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. "Çağırış 3" elan edilib. Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.
Yanğın zamanı 2 nəfər zəhərlənib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !