Almaniyanın Rheinmetall Electronics GmbH şirkəti Azərbaycanda yeni biznes imkanlarında əməkdaşlığa hazırdır - FOTO=1

Almaniyanın Rheinmetall Electronics GmbH şirkəti Azərbaycanda yeni biznes imkanlarında əməkdaşlığa hazırdır FOTO=1

2-4 dekabr 2019-cu il tarixlərində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)
Almaniyanın Rheinmetall Electronics GmbH şirkətinin Azərbaycana işgüzar səfərini təşkil edib. Şirkəti
satış departamentinin direktoru - cənab Marius Vansleben, dəniz simulyasiya və təlim məhsullarının
satışı üzrə məsul şəxs - cənab Tomas Paul, və şirkətin Azərbaycan üzrə nümayəndəsi - cənab Qabil
Məmmədli təmsil ediblər.
Səfərin ilk günü alman iş adamları Energetika naziri cənab Pərviz Şahbazov və Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri cənab Samir Axundovla görüşüblər. Müzakirələrin əsas
mövzusunu iki ölkə arasında enerji sektorunun inkişafına dair tərəfdaşlıq imkanları və Rheinmetall
Electronics GmbH şirkətinin bölgədəki gələcək investisiya planları təşkil edib. İkitərəfli görüş zamanı
iştirakçılar Alman iqtisadiyyatının maşın və avadanlıqlar sənayesindəki geniş təcrübəsinin enerji
sektorunun inkişafına öz vacib töhfəsini verə biləcəyini xüsusilə qeyd ediblər.
3 gün davam edən səfər çərçivəsində şirkət nümayəndələri Müdafiə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, həmçinin SOCAR və Azərbaycan Dövlət Dəniz Akademiyasını ziyarət ediblər.
Bundan əlavə, qonaqlar Bakı Limanının rəhbərliyi ilə görüşmək və mövcud imkanlarla tanış olmaq üçün
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Tədris Mərkəzinə baş çəkmək fürsəti də əldə ediblər. Görüşlər
zamanı Rheinmetall Electronics GmbH və Azərbaycan arasında mümkün əməkdaşlığın müxtəlif sahələri
barədə fikir mübadiləsi aparılıb.
Rheinmetall Electronics GmbH haqqında:
„Rheinmetall Electronics GmbH” silahlı qüvvələrə, dövlət qurumlarına və mülki müştərilərə təlim və təlim
həlləri, eləcə də missiya avadanlıqları təqdim edir. Müştəriləri ilə sıx əməkdaşlıq çərçivəsində Rheinmetall
Electronics yüksək səviyyəli məhsullar dizayn və istehsal edərək kompleks sistem həllərini təqdim edir.
Qırxdan çox ölkədəki müştərilər Rheinmetall Electronics texnologiyasına etibar edirlər. Dünya miqyasında
bir çox filiala, eyni zamanda geniş təchizatçı şəbəkəsi ilə böyük əhəmiyyətə malik olan şirkət beynəlxalq  müştərilərə xidmət göstərir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !