I Beynəlxalq Orqan musiqi festivalının bağlanış konserti keçirildi - -FOTO=4

I Beynəlxalq Orqan musiqi festivalının bağlanış konserti keçirildi -FOTO=4

2019-cu il 5 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Barokkodan müasir dövrə qədər” I Beynəlxalq Orqan musiqi festivalının bağlanış konserti keçirildi. Konsertdə Cavad Tağızadənin dirijorluğu ilə BMA-nın nəzdində “Baku Chamber orchestra” müşayiətilə Q.F.Hendel-Konsert №4, op.4 (solist Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Nəzakət Rimazi); E.Bossi-“Konsert” op.100 (solist Əməkdar müəllim, professor Rasimə Babayeva) əsərləri səsləndirildi.
I Beynəlxalq Orqan musiqi festivalının bağlanış konserti tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !