Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı -

Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

Astarada 57 yaşlı kişinin evdə yanaraq ölməsinin təfərrüatı məlum olub.

AZpress.AZ oxu.az-a istinadən xəbər verir ki, dünən Şiyəkəran kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Sadiq Novruz oğlunun evində baş vermiş yanğın nəticəsində onun dostu Əliyev Cabir Mürvət oğlunun ölməsi barədə məlumat verilib.

Astara Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, C.Əliyev öldürülərək yandırılıb.

Şübhəli şəxs qismində saxlanılan S.Əliyev dostunu qətlə yetirdiyini etiraf edib.

Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə, yanğın baş verib və ev tam yanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !