Qısqanclıq nədən yaranır onu bilirikmi? - Təranə Məmmədova

Qısqanclıq nədən yaranır onu bilirikmi? Təranə Məmmədova

 Hər kəsin həyatında qısqanıldığı, yaxud qısqandığı vaxt olub. Bəs bu qısqanclıq nədən yaranır onu bilirikmi?

1. İlk səbəb-özgüvənin olmaması. 18-20 yaşa kimi bu normaldır, lakin 30 yaşa qədər insan öz bacarıq və biliklərinə güvən formalaşdırmalıdır. Əksər hallarda bu yaşda olan insanlar ya qısqanclıq səbəbini aradan qaldırır ya da münasibətdə olduqları adamdan uzaqlaşırlar.

2. Paxılıq hissi. Özümüzü tanımamağımız qarşımızdakı insanı necə xoşbəxt edəcəyimizi bilməmək deməkdir. Zaman-zaman ideal olmağa, fərqli görünməyə, özümüz kimi davranmamağa çalışırıq. Başqalarına paxıllıq etməyə, onlarda olanın bizdə olmadığını düşünməyə başlayırıq. Lakin fərqinə vara bilmirik ki, bizdə olan xüsusiyyətlərin çoxu da onlarda yoxdur. Yaranan paxıllıq şəxsiyyətin formalaşmasına mane olur və insanı səbəbsiz yerə qısqanmağa vadar edir.

3. Qısqanclığın özü. Bu nə qədər qəribə səslənsə də, qısqanclıq uşaqlıqdan bizə aşılanan tərbiyə formasından asılıdır və bəlli bir yaşda insanın daxili konfliktinin göstəricisinə çevrilir.

Qısqanclığı yaradan əsas səbələrdən danışdıq. Gəlin indi isə onları aradan qaldırmağın yollarına baxaq.

-Öz güclü və zəif tərəflərinizi müəyyən edin

-Özünüz haqqında olan düşüncənizi korlayan nədir? (yaxın çevrəniz, ailənizin fikirləri və s)

-Daha sonra bu suallara cavab verin

1-Məni qane etməyən nələrisə dəyişmək mümkündürmü?

2-Bunu dəyişmək mütləqdirmi?

3-Bunlar dəyişilsə, münasibətim həqiqətən yaxşılaşacaqmı?

Bəs sizin qısqanclığınıza səbəb nədir? Qısqanclıq sizi də yorurmu? Fikirləriniz maraqlıdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !