Şair Vahid Aslan "Yağış havası" adlı yeni kitabı ilə oxucuların görüşünə gəlir. -

Şair Vahid Aslan "Yağış havası" adlı yeni kitabı ilə oxucuların görüşünə gəlir.

Şair Vahid Aslan "Yağış havası" adlı yeni kitabı ilə oxucuların görüşünə gəlir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatı tərəfindən çapa hazırlanmış bu kitab sayca müəllifin 9-cu kitabıdır. Kitab 220 səhifədən ibarətdir. Kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadə, ön sözün müəllifi Kənan Hacıdır. Kitabda müəllifin son dövrlərdə yazdığı şeirləri və poemaları toplanmışdır. Yaxın günlərdə müəllifin oxucularla görüşü və "Yağış havası" kitabının təqdimatı olacaqdır. İnanırıq ki, digər kitabları kimi Vahid Aslanın bu kitabı da oxucu kütləsi tərəfindən maraqla qarşılanacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !