İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 BOKS

Məhəmmədrəsul Məcidov peşəkar rinqə çıxacaq

Azərbaycanın boks üzrə yığmasının sabiq üzvü, yığmaməzən heyətində həvəskar boksçular arasında üçqat dünya və bir dəfə Avropa çempionu olmuş, Olimpiada-2012-də brünc medal qazanan Məhəmmədrəsul Məcidov indi də karyerasını peşəkar boksda davam etdirir. O, dekabrın 7-də peşəkar rinqdə sayca ikinci döyüşünə çıxacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanında baş tutacaq boks gecəsində 33 yaşlı Məcidov britaniyalı Tom Littla qarşılaşacaq. Xatırladaq ki, sabiq boksçumuz peşəkar rinqdə ilk döyüşünü bu ilin sentyabrında amerikalı Eda Fonteyna qarşı keçirib və onu texniki nakautla məğlub edib. Onun rəqibinə gəlincə, Littla peşəkar rinqdə 17 döyüş keçirib və onun 10-da qalib gəlib.

Bir maraqlı məqamı da qeyd edək ki, həmin boks gecəsinin mərkəzi döyüşü Entoni Couşa ilə Endi Ruis arasında olacaq. Super ağır şəkili bu boksçular s WBA, IBF, WBO və IBO versiyası üzrə çempionluq kəməri uğrunda döyüşəcəklər.

 

***

VOLEYBOL

Polina Rəhimova "Sesi"ni çəkib aparır

Azərbaycanın qadın voleybol yığmasının lideri Polina Rəhimovanın hazırda formasını geyindiyi "Sesi Voley" klubu Braziliya çempionatında növbətçını keçirib. Maraqlıdır ki, 10-cu tur çərçivəsində səfərdə "Valionos"un qonağı olan "Sesi" özünü heç də qonaq kimi aparmayıb. Ev sahibini 0:3 hesabla udan "Sesi" 13 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlib. "Sesi"inin hər matçında dəqiq və güclü zərbələri ilə fərqlənən Polina bu dəfə də seçilib. Həmin oyunda hərəyə 15 xal toplayan Rəhimova və onun komanda yoldaşı matçın ən məhsuldar oyunçusu olub.

 

***

GİMNASTİKA

Uçan gimnastlarımız Tokioda ikinci olublar

Yaponiyanın paytaxtı Tokioda 11-12 yasşlılar arasında gimnastikanın batut növü üzrə Ümumdünya yarışları keçirilib. Yarışda Azərbaycan təmsilçiləri - Maqsud Maqsudov və Hüseyn Abbasov cütlüyü də öz bacarığını nümayiş etdirib. Cütlüyümüz sinxron tullanmada ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.

 

İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !