Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə silsilə tədbirlər davam edir... - -FOTO=6

Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə silsilə tədbirlər davam edir... -FOTO=6

 06 dekabr 2019- cu il tarixində Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin növbəti məkanı Nizami rayonu Azərbaycan Respublikası Milli Qəhrəmanı Yuri Kovalyov adına 229 saylı tam orta məktəb olmuşdur.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi işçiləri Axundova Arzu və Əskərova Gülər, məktəbin direktoru Tağıyeva Lalə və tarix müəllimi Əliyev İlqar çıxış edərək Əhməd bəy Ağaoğlunun siyasi, ictimai fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdilər.
Tədbirdə Əhməd bəy Ağaoğluna həsr olunmuş “Türk dünyasının mücadiləsində adanan bir ömür” adlı video çarx nümayiş etdirildi.
Tədbirdən sonra məktəblilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən təşkil olunmuş sərgi ilə tanış oldular və onlara Əhməd bəy haqqında hazırlanmış flayerlər paylandı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !