Xalça diyarına səyahət uşaq festivalı keçiriləcək -

“Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək

 Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” uşaq festivalı keçiriləcək. Muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək.
Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar.
Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, “Gülsam” Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvlərixeyriyyə satış-yarmarkası təşkil edəcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirə qatılan uşaqlar xəyallarından silinməyəcək festival həyəcanı yaşayacaqlar!

***

Azərbaycan Milli Xalça Muzeyinin
Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş
“Xalça diyarına səyahət” uşaq festivalı
Festival: “Journey to Carpetland”
Proqram
7 dekabr

1. 10:30- Açılış
- 1 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin çıxışı
2. Üzeyir Hacıbəylinin ev muzeyinin nəzdində “Nur” uşaq xor studiyası kollektivinin çıxışı. Bədii rəhbər: Mələk Vəlizadə.
3. 11:00-17:00 Azərbaycan Milli Xalça Muzeyi Uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə əl işlərindən ibarət sərgi (Sərgi salonu)
4. 11:30-12:00 Nağıl qəhrəmanları ilə kvest oyunu (10-15 uşaq) (Azərb. dilində) - 10 AZN
5. 11:30-12:00 Viktorina - (foye)
6. 12:00-12:40
- “Mehriban” vokal qrupunun çıxışı –(III mərtəbə)
- Uşaqların hədiyyələrlə təltif olunması.
- Uşaq şöbəsinin teatr dərnəyi üzvlərinin “Xalçaların bəhsi” tamaşası (IIImərtəbə)
7. 13:30-14:00 Kukla teatrı “Məlikməmmədin nağılı” (ing. dilində) - 3AZN
8. 14:00-15:00 Memar Elçin Əliyevlə görüş - kitab təqdimatı (III mərtəbə)
9. 14:00-15:30 Ustad dərsləri (Konfrans zalı)
1.Suvenir xalça -5AZN
2.Şəddənin toxunması- 5 AZN
3. Qar adamı yumşaq oyuncağı - 5 AZN
4. Yeni il açıqçası-3 AZN
5. Boşqabları bəzə-7 AZN
6. Yeni il şirniyyatı-3 AZN
7. Boşqabın bəzədilməsi-7 AZN
8. Yumşaq oyuncaq-5 AZN

10. 15:00-16:00 Kvest oyunu (ing. dilində)- 10 AZN
11. 15:00-16:00 Gülzar İbrahimova ilə nağıl saatı (Qarabağ otağı) (3+)
12. 16:00-17:00 “Məlikməmmədin nağılı” kukla tamaşası(Azərb. dilində)(Kinozal) -3 AZN
13. 16:00-17:00 Ustad dərslər (Konfrans zalı)
14. 11:00-17:00 Azərbaycanda akkreditasiya olunmuş bəzi səfirliklərin iştirakı ilə onlara məxsus milli şirniyyatların satış-yarmarkası. (Foye)
11:00-17:00 Uşaq şöbəsinin hazırladığıyeni il oyuncuqlarının satışı,
“Gülsam” İctimai Birliyininsatış-yarmarkası (Foye)
15. 11:00-17:00 Xovsuz xalçanın- şəddənin toxunması (I mərtəbə) -ödənişsiz

Azərbaycan Milli Xalça Muzeyinin
Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş
“Xalça diyarına səyahət” uşaq festivalı
Proqram
Festival: “Journey to Carpetland”
8 dekabr

1. 11:00-12:00 Rəssam İrina Eldarova ilə görüş -kitab təqdimatı(III mərtəbə)
2. 11:00-17:00 Azərbaycanda akkreditasiya olunmuş bəzi səfirliklərin iştirakı ilə onlara məxsus milli şirniyyatların satış-yarmarkası (Foye)
3. 11:00-17:00 Uşaq şöbəsininhazırladığı yeni il oyuncuqlarının satışı (Foye)
4. 12:00-13:00 Nağıl qəhrəmanları ilə kvest oyunu, (10-15 uşaq) (Azərbaycan dilində) -10AZN
5. 12:00-13:00 Face art -qar dənəciyi (Foye)
6. 12:00-14:00 “Qeştalt” artterapiya. (Azərb., ing., rus dillərində)
I qrup 3-6 yaş, II qrup 7-12 yaş (Kitabxana)
7. 12:00-13:00 Ustad dərsləri (Konfrans zalı)
8. 13:00-14:00 “Şəngülüm,Şüngülüm,Məngülüm” kukla teatrı (III mərtəbə, kinozal) – 3AZN
9. 14:00-15:00 Üzeyir Hacıbəyli ev muzeyinin nəzdində “Nur” uşaq xor studiyasının kollektivinin çıxışı. Bədii rəhbər: Mələk Vəlizadə (III mərtəbə)
10. 14:00-15:00 Viktorina - xalçalardakı elementləri tap.
11. 15:00-16:00Nağıl qəhrəmanları ilə kvest oyunu (rus dilində) -10AZN
12. 15:00-16:30 Ustad dərsləri (Konfrans zalı)
1.Suvenir xalça -5AZN
2.Şəddənin toxunması- 5 AZN
3. Qar adamı yumşaq oyuncaq- 5 AZN
4. Yeni il açıqçası-3 AZN
5. Boşqabları bəzə-7 AZN
6. Yeni il şirniyyatı-3 AZN
7. Boşqabın bəzədilməsi-7 azn
8. yumşaq oyuncaq-5 AZN
9. Şam ağacı oyuncaqları düzəlt – 5AZN
10.Kiçik ölçülü kətan üzərində akril boya ilə rəsm çək – 5AZN

13. 16:30-18:00 Karnaval (Foye). Karnaval zamanı ən yaxşı geyim Miss&Mister nominasiyası üzrə seçilən qaliblərə hədiyyələrin verilməsi, Bumble Bee, Transformers şou, atəşfəşanlıq - 15AZN

 

7-8 dekabr
* Azərsun Holdinq şirkəti uşaqlara hədiyyələr verəcək.
* Festival zamanı 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzininuşaqlarının nağıl personajları geyimində fotosessiyalarda iştirakı.
* Foto zona 1-milli üslubda dekor (II mərtəbə)
* Foto zona 2- Santa klausun evi (III mərtəbə)
* Foto zona 3- Şam ağacı oyuncaqları, iri dekorlar (I- II- III mərtəbə)
* Foto zona 4- (foye)
* Ekspozisiyanın II, III mərtəbəsində “Puzzle” oyunu
* “Öz xalçanı yarat” kompüter proqramı (IIImərtəbə)
* Cizgi filmi (Kinozal)

Festivaldan əldə olunacaq məbləğ , xəstəlikdən əziyyət çəkən azyaşlıların müalicəsi üçün bank hesabına köçürüləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !