Yaponiyalı magistr Fizika İnstitunda elmi tədqiqatlar aparır - -FOTO=5

Yaponiyalı magistr Fizika İnstitunda elmi tədqiqatlar aparır -FOTO=5

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Yaponiyanın Osaka Prefektura Universitetinin “Fizika və Elektronika” fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda (ETİ) ezamiyyətdədir. Noyabrın 30-dan dekabr ayının 25-ə qədər olan səfər müddətində yaponiyalı magistr Ryota Kitano bəzi yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Optik xassələrin öyrənilməsi istiqamətində olan bütün təcrübi tədqiqat işləri AMEA Fizika İnstitutunun İnnovasiya sektorundakı müasir cihazlar vasitəsi ilə yerinə yetiriləcək. Zona quruluşunun hesablanması istiqamətində olan işlər isə həm BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşları, həm də AMEA Fizika İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.
Dekabrın 2-də Fizika İnstitutunda İnstitutun direktoru, akademik Nazim Məmmədovun iştirakı ilə seminar keçirilib. Seminarda İnstitutun aparıcı elmi işçisi Baxşı Mehdiyev, elmi işçilər Elvin Əlizadə, Dünyamalı Məmmədov və BDU-nun Fizika Problemləri ETİ-nin direktoru, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov iştiak edib. Seminarda magistrantın 26 günlük fəaliyyət planı müzakirə və təsdiq olunub.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !