İnsan kapitalı layihəsi başa çatdı - -FOTO=12

“İnsan kapitalı” layihəsi başa çatdı -FOTO=12

"Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək" İctimai Birliyi “İnsan kapitalı” adlı layihə çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda təlimlər həyata keçirib.
Layihəni Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyələşdirib.Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gəncləri peşə təhsilinə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , bu sahədə təbliğat və maarifləndirmə işinin aparılması olmuşdur.
Ümumilikdə 500 nəfər gənc birbaşa təlimlərdə iştirak etmişdir.Təlimlər 4 fərqli şəhərdə olmaqla, 10 gün davam etmişdir. Layihə çərçivəsində maarifləndirici nəşrlər çap olunaraq paylanılmışdır. Keçirilən təlimlər “təlimçilər üçün təlim” formatında təşkil olunmuşdur ki, gələcəkdə bu təlimləri uğurla bitirən gənclər digər insanlara da təlim verməsi əsas məqsədlərdən biri olmuşdur. Layihədə yaşı 14-29 arası olan tələbə və məktəblilər iştirak etmişdir. Bu həmdə, layihədən faydalanacaq gənclərin sayının artırılması baxımından bu çox vacib faktordur.
Qeyd edək ki, insan kapitalı - insanın cəmiyyətdə özünürealizə və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün biliyinin, bacarığının, peşəkarlığının cəmi hesab olunur.
Layihə rəhbəri Rəcəbli Xalid qeyd etmişdir ki, son 30-40 il ərzində elmi-texnoloji tərəqqi , innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki faəliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret faəliyyətin nəticəsinə çevirilməsini təmin edir. Praktikaya əsaslanan təhsil sosial-iqtisadi inkişafa effektli xidmət göstərir.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !