Narkotik vasitə və güclü təsiredici maddəni gömrükdən keçirə bilmədi, qaçmağa cəhd etdi… - -FOTO=8

Narkotik vasitə və güclü təsiredici maddəni gömrükdən keçirə bilmədi, qaçmağa cəhd etdi… -FOTO=8

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitə və güclü təsiredici maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Orxan Azayevin adına Amerika Birləşmiş Ştatlarından daxilolan poçt bağlamasına rentgen aparatıyla baxış zamanı monitorda şübhəli əşyaların təsviri görünüb.
İnvoysda "sənədlər, uşaqoyuncaqları, rəngliqələmlər, pazl" sözlərinin qeyd edildiyi həmin bağlamada 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələm, üzərində "puzzle" sözü yazılan 3 qutu, üzərlərində "FUEL 420" və "Marijuana Product" sözləri yazılan 8 ədəd paket aşkar olunub.
Lakin 3 pazl qutusundan içərisində maye olan 45 ədəd elektron siqaret müştüyü, 8 ədəd paketdən isə qırmızı rəngli maddələr çıxıb.
Sözü gedən poçt bağlamasını Orxan Azayevə məxsus şəxsiyyət vəsiqəsilə qəbul etmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Etibar Babayev Orxan Azayevin ölkədə olmadığını bildirib.
Bağlamada olan şübhəli əşyalarla bağlı izahat vermək üçün Etibar Babayev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub. Lakin Etibar Babayev avtomobillə idarəyə gətirilərkən, o, yolda tıxac yarandığından asta sürətlə hərəkətdə olan avtomobilin qapısını bir anda açaraq qaçıb.
Bununla əlaqədar, adları çəkilən hər iki şəxsin müəyyənləşdirilərək saxlanılması üçün əməliyyat qrupu yaradılıb.
Əməliyyat qrupunun üzvlərinə daxil olan məlumat əsasında, Orxan Azayev Bakı-Moskva aviareysilə ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Onun çamadanında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, yazılı və ya elektron formada bəyanolunmayan 1 konvalyutda 2 ədəd qırmızı və 1 qutuda 16 ədəd ağ rəngli həblər, 1 ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 ədəd elektron siqaret aparatı aşka redilib.
Orxan Azayev izahatında bildiribki, onun adına poçt bağlamasını köhnə tanışı Etibar Babayev sifariş edib. O, bağlamanın içərisindəki əşyalardan xəbərsiz olduğunu, çamadan da aşkarolunan dərmanpreparatlarını isə ağrıları ilə əlaqədar qəbul etdiyini deyib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, poçt bağlamasında aşkaredilən 45 ədəd elektron siqaret müştüyündəki maye ümumi çəkisi 23,805 qram olan həşişqətranıdır. Həmin bağlamadan çıxan 8 ədəd paketdəki qırmızı rəngli maddələrin tərkibi isə çətənə bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinoldan ibarətdir.
Çamadan da aşkarlanan 2 ədəd qırmızı və 16 ədəd ağrəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatı, 1 ədəd elektron siqaret müştüyündəki maye isə çəkisi 0,729 qram olan həşişqətranıdır.
Xatırladaq ki, tramadol hidroxlorid tərkibli dərman preparatı "Güclü təsiredən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar edilən 18 ədəd həbdə təsiredici maddənin ümumimiqdarı 1,25 qramdır.
Həşişqətranı isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !