"Vətənimiz" kampaniyası davam edir... - -FOTO=10

"Vətənimiz" kampaniyası davam edir... -FOTO=10

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” bu gün "Vətənimiz" devizi altında silsilə tədbirlərlə davam edib.

Kampaniya çərçivəsində Qazax rayonunda ümumilikdə 100-dək könüllünün iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olunub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi ilə keçirilən tədbir tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin izlənməsi ilə davam edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !