Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm adli Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir. -

“Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adli Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

Özbəkistan Milli Elmlər Akademiyasında dahi Nəsimiyə həsr olunmuş “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adli Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev Mərkəzi, Azərbaycan və Özbəkistan Milli Elmlər Akademiyalarının dəstəyi ilə Daşkənddə "Mən əbədiyyət üfiqlərində doğan eşq günəşiyəm" adlı Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir. Özbəkistan Milli Elmlər Akademiyasında keçiriləcək konfransda hər iki ölkənin Nəsimişünas alimləri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdahi Azərbaycan şairi İmadddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsi ədəbiyyat tariximizdə böyük hadisədir.
Bununla əlaqədər, cari il 4 dekabr tarixində saat 14:00-də Özbəkistan Milli Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunda dahi Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650-illik yubileyinə həsr olunmuş “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.
Beynəlxalq Elmi Konfransda Özbəkistan və Azərbaycan elm xadimləri, alimlər, ədəbiyyatşünaslar, hər iki ölkənin şairləri və yazıçılari, tərcüməçilər və jurnalistlər iştirak edəcəklər.
Qeyd edək ki, Elmi Konfrans çərçivəsində həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunan “Xəmsə” əsərinin təqdimatı nəzərdə tutulur.
Bu əsər Özbəkistanın xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tarixdə ilk dəfə olaraq tərcümə edilmiş və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap edilib.
Sözügedən Elmi Konfransı giriş sözü ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitunun direktoru, professor Nizaməddin Maxmudov, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov giriş sözü və təbrik çıxışı edəcəklər.
Tədbirdə Özbəkistan Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitunun elm xadimi, akademik Tura Mirzayev, Özbəkistanın xalq şairi, tərcüməçi Camal Kamal, Özbəkistan Respublikası Özbək dili, ədəbiyyatı və folkloru İnstitunun bölmə müdiri, filologiya elmləri doktoru İbroxim Xakkulov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimi, Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva,Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitunun bölmə müdiri, filologiya elmləri namizədi Kərimulla Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Fərid Hüseyn, Nəsiminin vətənindən Azərbaycanın Şamaxı-İsmayıllı regional mədəniyyət idarəsinin rəisi Elnur Hüseynov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qayrat Məcid, Özbəkistan Milli ElmlərAkademiyası Özbək dili, ədəbiyyatı və folkloru İnstitunun elm xadimi, filoloğiya elmləri namizədi Erqaş Oçilov, Buxara Dövlət Universitetinin dosenti, filoloğiya elmləri namizədi Xusniddin Eşonkulov, Buxara Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Zilola Amonova, gənc tədqiqatçı-jurnalist Rüstəm Cabbarov və başqaları məruzələrlə çıxış edəcəklər.
Nəsimi yaradıcılığı elə bir qüdrətə malikdirki, onu dünya ədəbiyyatının zirvəsi, fəlsəfi şeirin məbədgahı adlandırmaq olar.
Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nəsiminin qəzəllərinin Özbək dilinə tərcüməsi və Daşkənddə nəşri layihəsi haqqında məruzələr olacaqdır. Qeyd edək ki, dahi şairin qəzəlləri “Jononni sevərmən” adlı kitab halında ilk dəfə olaraq Daşkənddə Özbək dilində işıq üzü görüb və konfransda oxuculara təqdim ediləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !