Qriboyedovun abidəsi təhqir edildi. - FOTO=3

Qriboyedovun abidəsi təhqir edildi. FOTO=3

 Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edilib.

Ermənistanın “Birləşmiş Milli Təşəbbüs” partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan abidənin üzərinə qırmızı rəng töküb.

Bu barədə Şaqen Arutunyan özünün “Facebook”dakı səhifəsində yazıb və orada şəkil yerləşdirib:

“Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”.

Ermənistanın hüquq-mühafizə orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyib.

Qeyd edək ki, Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !