Bakı Musiqi Akademiyasında Azərbaycan-Çili Elm və Mədəniyyət Müstəvisində adlı Beynəlxalq elmi seminar keçirildi - (+FOTO=5)

Bakı Musiqi Akademiyasında “Azərbaycan-Çili Elm və Mədəniyyət Müstəvisində” adlı Beynəlxalq elmi seminar keçirildi (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, 2019-cu il 23 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan-Çili Elm və Mədəniyyət Müstəvisində” adlı Beynəlxalq elmi seminar keçirildi. Seminarda ön sözlə “Elm çırağı” ictimai birliyinin sədri, professor Naidə Məmmədxanova və BMA-nın prorektoru Gülnaz Abdullazadə çıxış edərək, qonaqları və Çilinin Azərbaycandakı Müvəqqəti işlər vəkili Qabriel Haranı salamladılar.

Sonra söz Qabriel Haraya verildi. O, video çarx vasitəsilə “Çili-Azərbaycan: diplomatik və mədəniyyət əlaqələri” mövzusundan bəhs etdi. Həmçinin seminarda Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Aslan Məmmədli (“Pablo Nerudanın yaradıclığında metafora”), tarix üzrə fəlsəfə doktoru Tahir behbudov (“1973-cü il faciəsi”), Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas Rəhimə Bədəlova (“Çili musiqisi və mədəniyyəti”) çıxış etdilər.

Daha sonra seminar BMA-nın tələbələrinin konsert proqramı davam etdirildi. Proqramda E.Dadaşova-Prelüdiya №3 (ifa edir: IV kurs tələbəsi Aytən Həşimli, müəllim Afaq Rüstəmova); E.Dadaşova-“Qızıl sünbül” (ifa edir: II kurs tələbəsi Əzizə Ələkbərli, müəllim Afaq Rüstəmova); S.İbrahimova-Prelüdiya №5,6 (ifa edir: III kurs tələbəsi Aygül Rzazadə, müəllim Afaq Rüstəmova); L.Delib-“Les Filles De Cadix” (ifa edir: I kurs tələbəsi Jalə İslamova, müəllim Gülnarə Əhmədova); Чилийские народные песни: “Рио-рио”, “Сердце не плачь”, Q.Qarayev-“Yeddi gözəl” baletindən “Vals” (ifa edirlər: Azərbaycan Dövlət fortepiano triosu - əməkdar artistlər-E.Kəbirlinskaya(fortepiano), T.Babayeva (skripka), S.İbrahimova (violonçel); T.Quliyev fortepiano və fleyta üçün “Kiçik skerso” (ifa edirlər: II kurs tələbələri Kamran Talıblı ( fleyta), Leyla Zeynalova (fortepiano), müəllim Gülnarə Acalova); T.Quliyev-“Tez gəl” (ifa edir: I kurs tələbəsi Z.Bakkalzadə (vokal), Şəhla Quliyeva (fortepiano), müəllim Sevda Məmmədova); P.Capcoco-“Прощальная сарсоуз” (ifa edir: I kurs tələbəsi Dilarə Ağayeva (vokal), müəllim Sevda Məmmədova; М.де Фалья-“Мавританская шаль” (ifa edirlər: Yuliya Heydərova (vokal), I kurs tələbəsi Ülkər Məmmədova ( fortepiano), müəllim G.Əhmədzadə) əsərləri səsləndirildi.Eyni zamanda gənc Azərbaycan rəssamlarının sərgisi də qonaqlara təqdim edildi.

Yekun söz olaraq, professor Naidə Məmmədxanova qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !