AQTA-nın tələbələrin zəhərlənməsilə bağlı məlumatı -

AQTA-nın tələbələrin zəhərlənməsilə bağlı məlumatı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin zəhərlənməsi barədə məlumat yayıb.

AQTA-dan bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.

AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !