İlham Əliyevin yüksək vəzifə verdiyi İsrafil Məmmədovun - DOSYESİ

İlham Əliyevin yüksək vəzifə verdiyi İsrafil Məmmədovun DOSYESİ

 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İsrafil Məmmədovu Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib.

Yeniavaz.com xəbər verir ki, İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub.

1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb və ixtisasca iqtisadçıdır. O, ingilis, ərəb, rus dillərini bilir, evlidir, üç övladı var.

İ.Məmmədov 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.

1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.

2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub.

2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsini icra edib.

23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !