Bank BTB Black Friday ərəfəsində Böyük Fürsətlər təklif edir -

Bank BTB Black Friday ərəfəsində Böyük Fürsətlər təklif edir

 AZpress.AZ xəbər verir ki, müştərilərini hər fürsətdə sevindirən Bank BTB bu dəfə dünya trendinə qoşuldu. Belə ki, bank Black Friday ərəfəsində müştərilərilərinə 5 günlük kampaniya çərçivəsində möhtəşəm ENDİRİMLƏR təklif edir. Onu da qeyd edək ki, 25-29 noyabr tarixləri arasında davam edən endirimlər həm kart həm də kredit məhsullarını əhatə edəcək.

Kredit məhsulları üzrə 30.000 AZN-dək təklif olunan Mikro və Nağd pul kreditlərini müştərilər 48 ayadək, illik faiz dərəcəsinə 5%, rəsmiləşdirmə komissiyasına 50% endirim olmaqla əldə edə biləcəklər. Bundan əlavə, 5000 AZN-dək zaminsiz təklif olunan kreditlərdə heç bir sığorta xərci yoxdur. Müraciət üçün: bit.ly/btb-mikro və bit.ly/btb-nagd-pul

Həmçinin, kart məhsulu üzrə Bank BTB hüquqi şəxslərə Boss Card məhsulunu xüsusi şərtlərlə təklif edir. Belə ki, bank son 3 ayda orta aylıq dövriyyəsi 30.000 AZN və daha yuxarı olan müştərilərə 10.000 AZN-dək overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq) və 15 gün güzəşt müddəti imkanını yaradır. 36 ay müddətinə təklif olunan kartlar üçün heç bir ödəniş tələb olunmur, üstəlik İnternet Bankinq, Mobil Bankinq xidmətləri də pulsuzdur. Kart vasitəsilə həmçinin, müştərilər hesaba asanlıqla nəzarət edə və 7/24 konvertasiya imkanlarından faydalana bilərlər. Müraciət üçün: bit.ly/boss-card

Qeyd edək ki, kampaniyanı özəlləşdirən əsas səbəb var. Belə ki, kampaniya tarixləri müddətində müraciət etmək kifayətdir ki, müştərilər cari ilin sonunadək təklif olunan şərtlərdən yararlana bilsinlər.
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən,www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstaqram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !