Bakıda ŞOK QƏZA: - 10 minlik maşın 700 minlik maşınları belə əzdi (+VİDEO)

Bakıda ŞOK QƏZA: 10 minlik maşın 700 minlik maşınları belə əzdi (+VİDEO)

 Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

AZpress.AZ  Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində baş verib. "KİA Picanto" markalı avtomobilin sürücüsü nizamlanmayan yolayrıcında sola dönmə edərək sağdan gələn "Mercedes GL" markalı avtomobil ilə toqquşur.

Zərbənin gücündən sağa dönmək üçün yolayrıcında dayanmış iki bahalı avtomobil - "Audi" və "Maserrati"yə dəyir. Nəticədə bütün avtomobillər ziyan çəkir.

Ümumilikdə qəzada təxminən dəyəri 700 min manat olan üç avtomobil 10 minlik "Kia"nın günahı ucbatından ziyana düşür.

Görüntüləri təqdim edirik:

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !