"Zərif sərhətlər : İranın görün{məy}ən sərhədlərinə baxış" Qrup sərgisi - +FOTO=30 (Bağırzadə Əqdəs - AZpress.AZ)

"Zərif sərhətlər : İranın görün{məy}ən sərhədlərinə baxış" Qrup sərgisi +FOTO=30 (Bağırzadə Əqdəs - AZpress.AZ)

 YARAT Müasir İncəsənət Məkanı Sizi "Zərif sərhətlər : İranın görün{məy}ən sərhədlərinə baxış" qrup sərgisini təqdim edir.Ekspozisiya bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə arsəyə gətirdiyi əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altina qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.

Birinci mərtəbədə təqdim edilən ekspozisiya, cismin məkanıı və şəhərin məkanı, xaos və qayda-qanun, şəxsi və mədəni-sosial məkan, "mən" və "başqaları" arasında görünməyən sərhədləri araşdırır. Kamruz Aramın yeni Göy memarliq üçün elegiya adlı multimedia əsəri, müxtəlif formalarda və çateriallarda həkk olunmuş İran mirası ilə birləşən ölkələr - İran, Azərbaycan və Əfqanıstan mədəniyyətlərinin bir çox
məşhur istinadlarını özündə cəmləşdirir. Rəssam belə izah edir: "Əgər hər hansı mədəniyyət obyektinin yaşı yüz illərlə ölçülürsə, yerli xalqları ayiran sərhədlər isə asrlər boyunca yerini dəyişirsə və təkamül prosesinə məruz qalırsa, belə obyektin milli mənşəyi ilə bağlı hər hansı iddialar şübhələr doğurur (açıq-aşkar görünür ki, coğrafi mənşə, milli mənşə ilə mütləq şəkildə uyğun gəlmir). İnstalasiya el quraşdırılıb ki, guya, o, Azərbaycan portretçisi, tipik İran miniatürləri ilə özünə məşhurluq qazanmış Mirzə Qədim İrevaninin Oturmuş qadın portret əsəri ilə "söhbət edir". Leyla Pazukinin adsız əsəri də mədəni sərhədlər anlayışını araşdırır: "Yazılmamış qaydalar, mədəni və sosial tabular, mühafizəkar və ənənəvi məhdudiyyətlər, bizə məlum olmayan qanunlar - bütün bunlar görünməyən sərhədlərdir və biz
daim onlarla rastlaşırıq və hər dəqiqə özümüz də anlamadan onlarla rastlaşırıq və hər dəqiqə özümüz də anlamadan onları adlayiriq". Buna cavab olaraq, ikinci mərtəbədə əks mövqeli ekspozisiya təqdim
edilib. Ekspozisiya təbiətdə - yerdə, göydə və suda sonsuzluq və fiziki anomaliyaların təzahürlərinin araşdirmasına yönəlib. Rəssam Navid Nu tərəfindən yaradılmış, mərmər və güzgüdən hazırlanmış
immersiv qapılar, paralel dünyalara girişi açan zaman portalı kimi çıxış edir. Timo Nasseri də, Bitməyən gecə və ya bizə lazım olmayan işıq adlı yeni əsərində, kainatın obrazına müraciət edir. Ulduzlar
yavaş-yavaş əriyib yox olan kiçik qara çınqıllardan hazirlanıb. Maye bədən əsərində Neda Razavipur Xəzər sahilində keçirdiyi uşaqlıq illərinə bağlı olan kollektiv yaddaş anlayışını araşdırır. Rəssam audio-videoinstalyasiyası, Astaradan tutmuş, Culfaya qədər (İran) ərazilərdə toplanmış bir sıra gerçək hekayələti sənədləşdirir. Burada Araz çayının sərhədi ilə bir-birindən aralı düşmüş sevgililər haqqinda hekayələr də yer alıb. Araz boyunca sərhəd, Jalə Nesarini də ilhamlandırıb. Yenicə yaradılmış videosunda, rəssam dahi şair Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərindən şeir parçalarını pıçıltı ilə
söyləyir. Əsərdə zülm ilə bir-birindən ayrılan baş qəhrəmanlar öz kədərli talelərinin acısını yaşamağa məhkumdurlar.

Sərginin Kuratorları Fərəh Piriye və Anna Fexdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !