BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu- - (+FOTO=1, +VIDEO)

BDU-nun zəhərlənmədən ölən tələbəsi dəfn olundu- (+FOTO=1, +VIDEO)

 Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən tələbə dəfn olunub.

20 yaşlı Xasmətova Şəkər Faiq qızı doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.

BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olan Ş.Xasmətova noyabrın 21-də dünyasını dəyişsə də, atası Faiq Xasmətov ölkədə olmadığı üçün dəfn gecikib.

Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !