Soyuqdan ölən 6 aylıq körpənin nənəsi DANIŞDI: - Bizə kömək etmədilər (+FOTO=2)

Soyuqdan ölən 6 aylıq körpənin nənəsi DANIŞDI: “Bizə kömək etmədilər” (+FOTO=2)

 “Körpəyə hər gün soyuq oldu, bir gün də yatdı, qalxmadı”.

Bu sözləri Ağstafa rayonunun Vurğun qəsəbəsində soyuqdan dünyasını dəyişən 6 aylıq Turanın nənəsi Xalidə Vəkilova Yeniavaz.com-a məsələ ilə bağlı açıqlama verərkən deyib.

O bildirib ki, oğlu Qasımov Turalın ailəsinin yeganə gəliri əlilliyə görə aldığı məvacibdir: “Ailədə daha 3 uşaq var. Böyük oğlan 8-ci sinifdə oxuyur. Qız 6-cı sinifə gedir. Bir də 5 yaşlı bir oğlan var, o da birinci sinifə hazırlaşır. Oğlum ikinci qrup əlildir, epilepsiya xəstəsidir. Bütün gəlirləri onun əlilliyinə görə aldığı 110 manat maddi yardımdan ibarətdir. Onun ağrılarına görə görəbiləcəyi işlər məhduddur, ona görə də hazırda işsizdir”.

X. Vəkilova bildirib ki, iş üçün icra hakimiyyətinə müraciət etsələr də heç bir kömək gəlməyib: “İş üçün də, sosial yardım üçün də icra hakimiyyətinə getdik ancaq, bizə kömək etmədilər. “Kənd soveti”nə müraciət etdik ki, yollarımız bərbad vəziyyətdədir, uşaqlar məktəbə gedə bilmirlər, bizə məktub gəldi ki, pulumuz yoxdur”.

X. Vəkilova onu da dedi ki, oğlunun ailəsinin yaşadığı evdə heç bir kommunal şərait mövcud deyil və Turanın ölüm səbəbi də evin soyuq olmasıdır: “Torpağın sənədi yoxdur deyə evin nə işığı, nə də qazı var.

Biz Turalın ölüm səbəbini ancaq soyuqda görürük. Başqa səbəbi ola bilməz. Yaşadıqları evin suvağı yoxdur və şəraitsizdir. Ona görə də ev soyuq olur. Körpəyə də hər gün soyuq oldu, bir gün də yatdı, qalxmadı. İndi evi odun sobası ilə qızdırırlar. Yeməyi də həmin sobada bişirirlər. İndi o biri nəvələrim də öskürür”.

Qeyd edək ki, noyabr ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində 6 aylıq Qasımov Turan Tural oğlunun yaşadığı mənzildə soyuqdan ölməsi haqqında xəbər yayılıb.

Ailəyə maddi cəhətdən dəstək olmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilər və ya göstərilən bank hesabına pul köçürə bilərlər:

Əlaqə telefonu – 077 520 85 29 (Vəkilova Xalidə, Qasımov Turanın nənəsi)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !