Zəhərlənən tələbələrin vəziyyəti necədir? - - Baş həkimdən açıqlama

Zəhərlənən tələbələrin vəziyyəti necədir? - Baş həkimdən açıqlama

 Zəhərlənən tələbələr özünə gəlsə də, vəziyyətləri stabil-ağır olaraq qalır.

AZpress.AZ  xəbər verir ki, bu barədə oxu.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, tələbələrin nədən zəhərlənməsi ilə bağlı dəqiq fikir söyləmək tezdir: “Zəhərlənmənin mənşəyi hələlik məlum deyil. Təxminəən 40 dəqiqədən sonra götürülən toksikoloji analizlərin cavabı gələcək. Yalnız ondan sonra zəhərlənmənin səbəbi barədə bir söz demək mümkün olacaq. Hazırda vəziyyətləri stabil, ağır olaraq qalır. Huşları özlərində olsa da, zəifdirlər. Zəhərlənmənin növləri çoxdur. Bu, həm məişət, həm sənaye zəhərlənməsi ola bilər. Hazırda onların vəziyyətlərinin yaxşılaşdırılması üçün həkimlər əllərindən gələni edir”.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !