İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 VOLEYBOL

Qadın voleybol yığmamız "Qızıl", kişi millimizsə "Gümüş" Avro Liqada oynayacaq

 

Voleybol üzrə milli yığma komandalar arasında keçirilən “Avro Liqa” yarışları son bir neçə ildə öz formatında dəyişikliklər edib. Belə ki, Avropa üzrə reytinqi yüksək olan komandalar “Qızıl”, digər komandalar isə “Gümüş” Avro Liqa yarışında iştirak edirlər. Avro Liqa oyunları 2020-ci ilin may-iyun aylarında keçiriləcək. Azərbaycan yığmalarına gəlincə, hələ də baş məşqçisiz qalan qadınlardan ibarət milli komandamız “Qızıl Avro Liqa”da, kişilərdən ibarət millimiz isə “Gümüş Avro Liqa”da iştirak edəcəklər. Kişi yığmaməzdan fərqli olaraq, zəriflərimizin Avro Liqa oyunlarını keçirəcəyi məkan və qrup rəqibləri bəllidir. Oyunlar Bolqarıstanda təşkil ediləcək. Yığmaməz ev sahibi olan bolqarlarla yanaşı, Çexiya və Xorvatiya komandası ilə qarşılaşacaq. Maraqlıdır ki, "Qızıl" Avro Liqanın qalibi "Çellenc" Kubokunda oynamaq hüququ qazanmış olacaq. "Çellenc"in qalibi isə 2021-ci ildə Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilməsi nəzərdə tutulan Millətlər Liqasına çıxacaq.

 

***

AVF- rəsmisi Nərgiz İsmayılova ·ÇL-da supervazari olub

Rusiya Federasiyasının paytaxtı Moskvada qadın voleybolçuları arasında Avropa Voleybol Konfederasiyasının (CEV) təqvimi əsasında Çempionlar Liqasının oyunu keçirilib. Oyunda Moskva "Dinamo"su ilə "Uraloçka" qarşılaşıb. Çempionlar Liqasının 4-cümərhələsinin E qrupunda baş tutan həmin oyunun supervazarisi həmyerlimiz - Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova olub. Görüş 21 noyabr 2019-cu il saat 20:00-da Moskva şəhərində yerləşən "Dinamo" Moskva İdman sarayında keçirilib.

 

***

Voleybolçu qızlarımız Tiflisdə meydana çıxacaqlar

Sabah Gürcüstanın paytaxtı Tiflisdə Voleybol üzrə 16 yaşlı qızlar (U-16) arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatına start veriləcək. Noyabrın 23-dən 28-dək keçiriləcək bu çempionatda Azərbaycan da daxil olmaqla, 9 ölkənin u-16-sımübarizə aparacaq. Qızlarımızın potensial rəqibləri isə ev sahibi Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşadan olan həmyaşıdlarıdır. Komandalar 2 qrupda cəmləşiblər.

Qrup . A: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.

Qrup B: Belarus, Estoniya, Litva, Polşa.
Komandamız bəlli turnirə məşqçi Emin Əbilovun rəhbərliyi qltında qatılacaq.Komandamızın yer aldığı qrupda keçiriləcək oyunların təqvimi belədir:

2019-11-23, saat 15:00 Azərbaycan - Ukrayna
2019-11-23, saat 17:30 Gürcüstan - Rusiya
2019-11-24, saat 15:00 Gürcüstan - Latviya
2019-11-24, saat 17:30 Rusiya - Ukrayna
2019-11-25, saat 10:00 Latviya - Rusiya
2019-11-25, saat 15:00 Azərbaycan -Gürcüstan
2019-11-26, saat 12:30 Rusiya - Azərbaycan
2019-11-26, saat 17:30 Ukrayna - Latviya
2019-11-27, saat 10:00 Latviya - Azərbaycan
2019-11-27, saat 15:00 Ukrayna - Gürcüstan

 

***

CÜDO

 

Cüdoçularımız "BD"-nin ilk günündə əliboş qalıblar

Bu gün Yaponiyanın Osake şəhərində cüdoçuların "Böyük Dəbilqə" (BD) yarışına start verilib. Turnirə 5-i qadın olmaqla 12 idmançı ilə qatılan Azərbaycan yığmasının 9 üzvü ilk gündə tatamiyə çıxıb. Təəssüflər olsun ki, bunlardan heç biri mükafatçılar arasında yer ala bilməyib. Təmsilçilərimiz arasında nisbətən yaxşı nəticəni Nicat Şıxəlizadə (66 kq) göstərib ki, o da çıxışını 7-ci yerdə başa vurub. Startda rusiyalı Beslan Mudranovu, ardından kubalı Osnielya Solisi udaraq 1\4 finala çıxan Nicat bu mərhələdə hazırki dünya çempionu Yoşiru Maruyameyə (Yaponiya) uduzaraq, mübarizəni təsəlliverici görüşlərlə davam etdirməli olub. Di gəl ki, cüdoçumuz elə ilk təsəllidəcə ispaniyalı Daniel Peresə uduzaraq çəxəşənə dayandırıb.

İlk gündə tatamiyə çıxan digər təmsilçilərimizə gəlincə, Bakıda analoji turnirin mükafatçısı olan Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq) və qadın cüduçumuz İçinxorlo Munxtsedev (57 kq) ikinci, Ayişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq0, Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) isə birinci qarşılaşmada məğlubiyyətlə üzləşərək fiaskoya uğrayıb.

 

 

İNTİQAM

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !