BİLƏSUVARDA BİLİK YARIŞI KEÇİRİLİB - + FOTO=10 (Azpess.AZ – Ağaddin Babayev)

BİLƏSUVARDA BİLİK YARIŞI KEÇİRİLİB + FOTO=10 (Azpess.AZ – Ağaddin Babayev)

 Ombudsmanın Cəlilabad Regional Mərkəzi Biləsuvar Rayon Təhsil Şöbəsi ilə birlikdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş "Mənim hüquqlarım" mövzusunda bilik yarışı keçirib.

Azpress.AZ xəbər verir ki, gərgin mübarizəsi şəraitində keçən bilik yarışında E.Əmənullayev adına Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, N.Gəncəvi adına 1nömrəli tam orta məktəbin komandası ikinci, Biləsuvar rayonundakı R.Rzayev adına Nəsimi kənd tam orta məktəbin komandası 3-cü yeri qazanıb.

Qalib komandalar təşkilat komitəsinin diplomları ilə təltif olunub.

Bilik yarışında iştirak edən şagirdlər belə layihələrin həyata keçirilməsinin onlar üçün çox faydalı olmasını, bilik və bacarıqlarının artdığını qeyd edərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını çatdırıblar.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !