İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 QILINCOYNATMA

Sablyaçılarımız Dünya Kubokunda yarışacaqlar

22-24 noyabr günlərində Fransada qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Üç gün davam edəcək bu mötəbər yarışda Azərbaycanın qadın sablyaçılardan ibarət yığması da iştirak edəcək. Azərbaycan Qılıncoynatma Fedrasiyasından verilən məlumata görə, komandanın heyətində Ana Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət dördlük yer alıb. Müşketyorlarımız Dünya Kubokunda həm şəxs, həm də komanda yarışında özlərini sınayacaqlar.

 

***

GÜLƏŞ

Qadın güləşçilərimiz Rusiya Kubokunda yarışacaqlar

Noyabrın 22-də Rusiyanın Çeboksar şəhərində qadın güləşçilər arasında bu ölkənin Açıq Kubok yarışına start veriləcək. İki gün davam edəcək bu yarışda Azərbaycan təmsiçiləri də mübarizə aparacaqlar. AVAF-dan (Azərbaycan Güləş Federasiyası) aldığımız məlumata görə, ölkəmiz bəlli yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 8 güləşçi ilə təmsil olunacaq. Bu səkkizlikdə Şahanə Nəzərova (50 kq), Birgül Soltanova (57 kq), Alena Kolesnik (59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) cəmləşib. Qadın yığmamızın lideri Mariya Stadnik bu turnirə qatılmayacaq.

 

***

CÜDO

Cüdoçularımızın "BD"dəki ilk rəqibləri bəlidir
 

Noyabrın 22-də Yaponiyanın Osake şəhərində kişi və qadın cüdoçular arasında mövsümün sonuncu "Böyük Dəbilqə" turnirinə start veriləcək. Turnidə 5-İ qadın olmaqla, 12 cüdoçumuz iştirak edəcək. Bu gün iştirakçılar arasında püşk atılıb və üçgünlük yarışa qatılacaq dayanq ustalarımızın ilk rəqibləri bəlli olub.

 

İNTİQAM

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !