İradə Gülməmmədovanın Ceyranbatan qəsəbəsindəki sayca 14-cü səyyar qəbulu keçirilib - (+FOTO=4)

İradə Gülməmmədovanın Ceyranbatan qəsəbəsindəki sayca 14-cü səyyar qəbulu keçirilib (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Ceyranbatan qəsəbəsindəki sayca 14-cü səyyar qəbul-görüşü keçirilib. Görüşdə hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştkirak edib.

Səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu bildirən İ.Gülməmmədova ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.

Abşeron RİH başçısının müavini İlham Quliyev çıxış edərək son 5 ildə qəsəbə ərazisində görülmüş işlər haqqında ümumi məlumat verib.

Sonra Abşeron RİH başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılov hesabat xarakterli çıxış edərək görülən iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində danışıb.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı bəzi yeni salınan küçələrin abadlaşdırılması, telefon xəttlərinin çəkilməsi və sairlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !