İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 CÜDO

Osakaya gedən heyətdə dəyişiklik edilib

 

Xəbər vrdiyimiz kimi, 24-26 noyabr günlərində Yaponiyanın Osako şəhərində kişi və qadın cüdoçular arasında mövsümün son "Böyük Dəbilqə" turniri keçiriləcək. Tokio Olimpiadasına lisenziya xalı verən bəlli turnirdə Azərbaycan yığması 5-i qadın olmaqla 16 cüdoçu ilə iştirak etməyi planlaşdırmışdı. Lakin müəyyən səbəbdən yığmanın məşqçilər korpusu heyətdə dəyişiklik edib. Belə ki, bu ilin mayında Bakıda keçirilən analoji turnirin və Almaniyada baş tutan Qran-Pridə uğurla çıxış edərək mükafat qazanan Telman Vəlizadə (73 kq) heyətdən çıxarılıb. Adı əvvəlcldən sifarişə salınan digər tatami ustaları isə dəyişməz qalıb. Beləliklə, Gündoğar Ölkəyə lisenziya xalı qazanmaq üçün gedən yığmanın heyətində kişilərdən Oruc Vəlizadə, Davud Məmmədsoy (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zəlim Kotsayev (hər ikisi 10 kq) və Uşanqi Kokuari (=100 kq), zəriflərdənsə , Ayişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinxorlo Munxtsedev (hər ikisi 57 kq) yer alıb.

Qeyd: Reqlamentə uyğun olaraq, "Böyük Dəbilqə"də hər çəaki dərəcəsində ilk üç yeri tutan cüdoçular müvafiq ardıcıllıqla 1000, 700 və 500, 5-ci yerin sahibi 360, 7-ci yeri tutansa 260 lisenziya xalı qaanmış olacaq.

 

***

TENNİS

Stefanos Tsitsipas yekun turnirin qalibi, Rafael Nadalsa mövsümün çempionu olub

 

 

Beynəlxalq Tennis Federasiyasının illik təqvimi planı əsasında kişilər arasında keçirilən böyük tennis yarışlarına Böyük Britaniyanın paytaxtı Londonda baş tutan "İlin Yekun Turniri" ilə yekun vurulub. Mükafat fondu 9 milyon dollar təşkil edən turnirin qalibi Yunanıstandan olan 21 yaşlı Stefanos Nsimsipas olub. Dünya reytinqində 6-cı olan yunanıstanlı raketka ustası 2 saat 37 dəqiqə davam edən həlledici finalda avstraliyalı Dominik Timi tay-brekdə məğlub edib - 6:7, 6:2, 7:6. Maraqlıdır ki, bu cütlük üç dəfə finalda qarşılaşıç. Hər dəfə də Qədim Ellada torpağnı təmsil edən Stefanos qalib gəlib. Ümumiyyətlə, bu Stefanosun karyerasında 4-cü və həm də ən yüksək titulu olub. O, həm də 2001-ci ilən sonra "İlin Yekun Turniri"ni udan ən gənc tennisçi kimi tarixə düşüb. 2001-ci ildə bu adı 20 yaşlı Lleyton Hyuitt qazanmışdı. Bu turnirdən sonra ATR mövsümün yekun reytinq cədvəlini açıqlayıb. Yekun turnirinin qalibi reytinq cədvəlində əvvəlki kimi 6-cı pillədə qalsa da, finalçı Dominik bir pillə irəliləməklə 4-cü yerə qalxıb. Mövsümün şempionu və bir nömrəli raketka ustası adını isə ispaniyalı Rafael Nadal qazanıb. İkinci yri serbiyalı Novak Cokoviçin tutduğu cədvəldə ilk üçlüyü isveçrəli "Tennis Kralı" Roıe Federer tamamlayıb.
 

 

***

OLİMPİZM

Tokio-2020-yə hələlik 10 lisenziya qazanmışıq

Yaponiyanın paytaxtı Tokoda keçiriləcək növbəti Yay Olimpiya Oyunlarının startına nə az, nə də çox qalıb - düz 8 aydan bir qədər artıq. Ümidlər çox olsa da, hazırda Azərbaycan idmançıları cəmi 10 lisenziya qazana biliblər. Qazanılan lisenziyalar yüngül atlet Anna Skidanın (çəkic atmaq), Mariya Stalnik (qadın güləşi, 50 kq), Şərif Şərifov (sərbəst güləş, 97 kq), Zöhrə Ağamirova (bədii gimnastika, fərdi), qrup komanda (bədii gimnastika Aliyə Paşayeva, Ayşən Bayramova. Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət 5 nəfərlik heyət), Ruslan Lunyov (güllə atıcılığı), Maksim Şemberev (üzgüçülük), Marina Nekrasova (idman gimnastikası) və velosipedçi İvan Tixonovun aktivinə yazılıb. Yeri gəlmişkənŞ daha bir velosipedçimiz də Tokioya getmək hüququ qazanıb. Bu AVİF-nın seçimindən asılı olaraq, Elçin Əsədov və Sami Cəbrayılov cütlüyündən biri ola bilər.

Xatırladaq ki, 2016-cı ildə Braziliyanın paytaxtı Rio-da-Jeneyroda keçirilən sonuncu Olimpiadada ölkəmiz 56 idmançı ilə təmsil olunmaqla 18 (1-7-10) medal əldə etmişdi.

Tokio-2020-yə 2020-ci il iyulun 24-də start veriləcək.

 

 

 

 

 

 

 

 

 

İNTİQAM

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !