"Gənclər arasında könüllülüyün təbliği adlı layihə həyata keçirilib - (+FOTO=15)

"Gənclər arasında könüllülüyün təbliği”adlı layihə həyata keçirilib (+FOTO=15)

 AZpress.AZ xəbər verir ki, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirmiş olduğu "Gənclər arasında könüllülüyün təbliği”adlı layihə ilə bağlı məlumatı nəzərinizə çatdırmaq istərdik.

Layihə çərçivəsində Lənkəran şəhərində 2 qrupda toplam 4 günlük (2-3 və 9-10 noyabr tarixlərində) təlim keçirilmiş və 50 nəfər gənc bu təlimlərdə iştirak etmək hüququ qazanmışdır. Təlimlərə qatılan gənclərin əksəriyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan gənclər olmuşlar.

Təlim zaman iştirakçı gənclərə könüllülük, onun gəncin həyatında və karyerasında rolu, eləcə də cəmiyyətin inkişafında əhəmiyyəti nəzəri və praktiki olaraq nümayişetdirilmişdir.

Qeyd edək ki, təlim sonrasında təlimlərdə iştirak edən gənclərin böyük əksəriyyəti təlimlərdən, onun təşkil olunmasından və eləcə də könüllülük mövzusunda əldə etdikləri məlumatlardan çox razı qalmış və gələcək sosial fəaliyyətlərdə bir başa maraqlı olduqlarını bildirmişlər. Sonunda iştirakçı gənclərə sertifikatlar təqdim edilmiş və bərabər xatirə şəkilləri çəkilmişdir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq Lənkəran şəhərində keçirilmiş olan təlimlərlə bağlı məlumatın tərəfinizdən ictimailəşdirilməsində yardımçı olmağınızı Sizdən xahiş edirik.

Məlumat üçün bildirək ki, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi 2006-ci ildə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına (Qeydiyyat tarixi: 26.05.2006, № 1106-Q11-2127) alınmışdır və əsas məqsədi Cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də gənclərin geniş maarifləndirilməsi məqsədilə onlara informasiya, maddi və mənəvi dəstək göstərmək, onların inkişafı üçün şərait yaratmaq və eləcə də onların potensialından cəmiyyətin elmi, mədəni və sosial həyatında səmərəli istifadəsini təşkil etməkdir. Təşkilat yarandığı gündən etibarən müxtəlif sosial və idman layihələrinin həyata keçirilməsinə müvəffəq olmuşdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !