Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə kampaniyasına başlanılıb -

Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə kampaniyasına başlanılıb

 AZpress.AZ xəbər verir ki, 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində noyabrın 16-da Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə kampaniyası keçirilib.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunaraq məqsədyönlü tədbirlər həyata keçirilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz bəhrəsini verir. Son dövrlər davamlı olaraq genişmiqyaslı ağacəkmə aksiyaları reallaşdırılır. Dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın keçirilən bu aksiyalarda iştirakı, Fondun təşəbbüsü ilə hazırda "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsinin təşviqi xüsusi qeyd olunmalıdır.

Ölkə rəhbərliyinin bu xeyirxah və nəcib təşəbbüsünü dəstəkləyən Ədliyyə Nazirliyi ağacəkmə aksiyalarına fəal qoşularaq ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə ağacəkmə aksiyasına başlanılıb.

Böyük həvəslə nazirliyin kollektivinin, həmçinin rəhbər işçilərinin, eləcə də gənc ədliyyə könüllülərinin iştirakı ilə təkcə Bakı şəhərinin Xəzər rayonu ərazisində təşkil olunmuş aksiyada həmin gün 1.000-dən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !