İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 GÜLƏŞ

Sərbəst güləşçilərimiz Mahaçqala toplanışında
Hacı Əliyev: "Artıq toparlanmaq və öz gücümü göstərmək vaxtıdır

 

 

Azərbaycanın sərbəst güləş üzrə yığma komandası baş məşqçi əvəzi Zəlimxan Hüsüeynov və çöyük məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahaçqalada (Dağıstan, Rusiya) yerli güləşçilərlə birgə təlim-məşq toplanışındadır. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdosi Abdullayevin nəzarəti altında keçirilən toplantı noyabrın 23-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində qurulan toplantı qarşıdakı seçmə xarakterli ölkə çempionatına və Olimpiya təsnifatlı turnirlərə hazırlıq xarakteri daşıyır. Toplantıya qatılan güləşçilər arasında üçqat dünya çempionu Hacı Əliyev (65 kq) də yer alıb. Xatırladaq ki, bu ilin sentyabrında Qazaxıstanda keçirilən dünya çempionatında üzləşdiyi haqsızlıqdan sonra indi-indi özünə gələn dünya şöhrətli həhləvanımız Dağıstanda yerli "Sportivnoy borbı Daqıstana" portalına maraqlı açıqlama verib: "Qarşıdakı mövsümə çox ümid edirəm. Hazırda məqsəd heç də ən yaxşı formaya düşmək deyil. Yavaş-yavaş özümü toparlayıram. Seçmə yarışlara qədər hələ çox vaxt var. Ona görə də indidən lazımı formanı toplamaq lazımdır ki, vaxtı gələndə nəyə qadir olduğumu döşək üzərində göstərə bilim. Qarşıda (4-6 dekabr) bizi seçmə xarakterli ölkə çempionatı gözləyir. Gələn ilin əvvəlində isə Türkiyədə Yaşar Doğun Memorialına qatılağı planlaşdrmışam. Sözsüz ki, əsas məqsədim Tokio Olimpiadasına lisenziya qazanmaqdır". Onun sözlərinə görə toplantı iştirakçıları gündə iki dəfə məşqə çıxırlar. Səhər məşqlərində döşək üzərinə çıxan pəhləvanlar günün ikinci yarısında isə fiziki hazırlıqla məşqul olurlar. Hacı Əliyev bu arada Nur-Sultanda keçirilən mundialı da yada salıb: "Bəli, 65 kq çəki dərəcəsində yetərincə güclü pəhləvanlar mübarizə aparırlar. Əgər mən Nur-Sultanda uduzdumsa, deməli həmin gün raqabət apardığım rəqiblər arasında zəif olmuşam. Hesab ediram ki, artıq toparlanmağın və "volniklər" arasında nəyə qadir olduğumu göstərməyin zamanı çatıb". Xatırladaq ki, dünya çempionatının əvvəlində Rusiy təmsilçisi ilə görüşdə hakim ədalətsizliyinin qurbanı lan Hacı bürünc medal və lsenziya uğrunda kiçik finalda isə yaponiyalı Takuto Otoquroya uduzmuşdu.

Bu arada yəğmanın çalışdırıcısı Zəlimxan Hüseynov da teyni portala bu toplantı ilə bağlı fikir söyləyib: "Bizin qarşıdakı ən əsas məqsədimiz Tokio-2020-yə daha 5 lisenziya qazanmaqdır. Hələlik 6 lisenziyadan yalnız birini əldə etmişik. Həmin lisenziya 97 kq-da güləşən Şərif Şərifovun aktivinə yazılıb. Əsas yığmamızın bir neçə üzvü İranın və Almaniyanın klublararsı çempionatında iştirak etdiyi üçün biz Mahaçqala tollanışına tam heyətlə başalaya bilmədik. Yaxın günlərdə həmin güləşçilər də heyətə qatılacaqlar. Yenə də təkrar edirəm ki, toplantının əsas məqsədi lisenziya qazanmaq və Olimpiadaya ciddi hazırlaşmaqdan ibarətdir".

 

İNTİQAM

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !