Azərbaycanlı rejissorun filmi ABŞ-da Pensilvaniya da uğuru (+FOTO=4)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri digər ölkələrin filmləri ilə mübarizə apararaq 2019 Directors Circle Festival Of Shorts ABŞ, Pensilvaniya”da nümayiş olunub, digər ölkələrin filmləri arasından seçilərək festivalın müsabiqə proqramına daxil edilib, sənədli filmlər kateqoriyasına seçiliblər. Noyabr ayının 29 dekabir 7 də qaliblər müəyyən olunacaq Directors Circle Festival Of Shorts Festivalı 10 ilin festivalıdır
Bu barədə filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.
“İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin mart ayında istehsal olunan sənədli filmlər 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni xalq artisti Eldost Bayram oxuyub.
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az



