Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi adlı layihənin növbəti tədbiri keçirilib - (+FOTO=32)

“Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin növbəti tədbiri keçirilib (+FOTO=32)

 AZpress.AZ xəbər verir ki, 13 noyabr 2019-cu il tarixdə 82 saylı tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin növbəti təlimi keçirilib.

Təlimdə Azərbaycan Gənclər Fondunun məsul işçisi Mübariz Qədirov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov, 82 saylı tam orta məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak etmişlər.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin məqsədi və əhəmiyyəti haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Təlimçi “Elektron Hökumət”in əhəmiyyəti haqqında geniş məlumat verdi.

Azərbaycan Gənclər Fondunun məsul işçisi Mübariz Qədirov çıxışında Fondun fəaliyyəti haqqında məlumat verdi və qeyd etdi ki, “Azərbaycan Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılmış, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir.

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !