Mədəniyyət naziririnin müavini Ağcabədidə vətəndaşları qəbul edib - +FOTO=5 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Mədəniyyət naziririnin müavini Ağcabədidə vətəndaşları qəbul edib +FOTO=5 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Ağcabədi və Laçın sakinləri tərəfindən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə fiziki qüsurlu uşaqlar üçün xüsusi proqramla təmin olunmuş kompüterlərin verilməsi, MKS-nin multimedia nəşrləri və yeni kitablarla təmin olunması, Uşaq incəsənət məktəbi üçün xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə yeni proqram və dərsliklərin hazırlanmasına köməklik göstərilməsi xahiş edilib.

Görüşdə, həmçinin Vətən uğrunda şəhid olmuş mədəniyyət işçilərinin həyat və döyüş yolu haqqında xatirələr toplusunun nəşr olunması, “İşıqlı aşıq” folklor qrupunun milli geyimlərlə təmin edilməsi, eləcə də fəxri adın verilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin də iştirak etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !