Səfir: - Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır + FOTO=16 (Rüstəm Fərman - AZpress.AZ)

Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır” + FOTO=16 (Rüstəm Fərman - AZpress.AZ)

 Latviya Respublikasının elan edilməsinin ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Daynis Qarançs çıxışında ölkəsinin tarixindən, müstəqillik yolundan danışıb. Bildirib ki, yenicə müstəqillik qazanan dövlətin ilk addımları sərt və mürəkkəb olub, gənc Latviya döyüşçüləri 400 gün davam edən Latviya İstiqlal Müharibəsi illərində döyüş bölgələrində döyüşərkən, Paris Sülh Konfransında ölkənin beynəlxalq səviyyədə tanınması üçün diplomatik mübarizə davam edirdi: “Məhz həmin günlərdə və daha sonralar da Latvita hökuməti öz tərəfdaşlarından önəmli dəstək alırdı. Azərbaycanın Sülh Nümayəndəliyinin rəhbəri Əlimərdan bəy Topçubaşov 1921-ci ilin yanvarında Latviya dövlətinin de yure tanınmasından bir neçə gün sonra latviyalı həmkarlarına təbriklərini ünvanlayan ilk xarici ölkə nümayəndələrindən biri idi”. Latviyanın müstəqilliyinin əsas simvolu Azadlıq abidəsidir. Latviya milləti kimi o da 50 il davam edən təhqirdən qurtula bilib.

Azərbaycanla əlaqələrə toxunan Daynis Qarançs deyib ki, Latviyanın müstəqilliyinin bərpasından bəri iki ölkə arasında dostluq və konstruktiv münasibətlər qurulub. 2017-ci ilin iyulunda ölkərəimiz arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Latviya və Azərbaycan arasında mütəmadi olaraq yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası əməkdaşlıq mövcuddur. Səfir onu da diqqətə çatdırıb ki, Xarici İşlər naziri Elmar Məmmədyarov yaxın günlərdə Latviyaya işgüzar səfərə gedəcək.

Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır. Latviya Azərbaycandan Şimali Avropaya məhsul ixracı üçün yaxşı imkanlar təmin edə bilər. Üç böyük buzsuz liman – Riqa, Ventspils və Liepaja, il boyu Baltik dənizi bölgəsində malların sürətli paylanmasını təmin edir. İqtisadi sahəyə toxunan səfir bildiirb ki, ticarət dövriyyəsi son bir neçə ildə artıb, hər zaman qida məhsullarının üstünlük təşkil etdiyi Latviyadan Azərbaycana ixracatda indi dərman perapatları və tikinti malları önəmli yer tutur: “Bu yaxınlarda ümumi həcminin 90 faizindən çoxunun ərzaq məhsullarının təşkil etdiyi Azərbaycandan idxal strukturunda mineral məhsullarının, metalların, elektrik və mexaniki avadanlıqların nisbəti artıb”. Diplomat deyib ki, Latviyadan olan 14 bələdiyyə ilə azərbaycanlı həmkarları arasında fəal əməkdaşlıq qurulub.

Azərbaycan hökuməti adından Latviya xalqını bayram münasibəti ilə təbrik edən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərovölkələrimiz arasında əlaqələrin günü-gündən inkişaf etdiyini deyib. G.Cəfərov bildirib ki, bir sıra sahələrdə - siyasi, iqtisadi sahədə əməkdaşlıq mövcuddur. XİN-nin əməkdaşı onu da vurğulayıb ki, Azərbaycan və Latviya arasında imzalanan sazişlər iqtisadi əlaqələri daha da möhkəmləndirməyə xidmət edir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !