Dondurulmuş Xəyallar Xalça Muzeyində təqdim olundu - + FOTO=30 (Rüstəm Fərman - AZpress.AZ)

“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu + FOTO=30 (Rüstəm Fərman - AZpress.AZ)

 Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı 4 günlük konfransa start verilib.

İstiqlal.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatşılığı ilə baş tutan konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda Azərbaycan xalça sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olmasının ildönümünə təsadüf edir. Konfrans çərçivəsində Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan 40-a yaxın mütəxəssisin məruzəsi dinləniləcək.

Konfransın ilk günü muzeyin 50 illik yubleyinə həsr olunan “Azərbaycan Xalça Muzeyi” adlı kitabın təqdimatı keçirilib. Özbək ipək toxuculuq texnologiyasına həsr olunan “İpək hekayələr” sərgisində “ikat” istehsalının bütün mərhələləri təqdim olunub.

Tədbirdə daha diqqətiçəkən məqam latviyalı dizayner xanım Evita Smanuhinanın “Frozen Dreams” - “Dondurulmuş Xəyallar” moda kolleksiyası nümayiş olunub. Llmood konsepsiyasına uyğun təbii boyadan olan kətan və yundan hazırlanan 15-ə yaxın geyimlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Modelyer-dizaynerin digər moda kolleksiyası 16 noyabrda, saat 17.30-da Landmark oteldə nümayiş olunacaq.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !