Bank BTB mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəkdir -

Bank BTB mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəkdir

 Bank BTB biznes fəaliyyətinin inkişafına maliyyə dəstəyi göstərən müvəkkil bank olaraq hər zaman kiçik və orta sahibkarlığın inkişafına dəstək olur və bu istiqamətdə həyata keçirilən tədbir və forumlarda aktiv iştirak edir.

Bakı Biznes Mərkəzində “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda baş tutan bu dəfəki Forumun məqsədi sahibkarların maliyyə alətlərindən istifadə imkanlarının genişləndirilməsidir.

Bank BTB-nin nümayəndələrin böyük məmnuniyyətlə iştirak etdiyi bu Forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər müzakirə olunub. Həmçinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə bankın Mikro kredit məhsulu haqqında məlumat verilib. Ətraflı: bit.ly/btb-mikro-kredit

Qeyd edək ki, reallaşan bu Forum Azərbacan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyin dəstəyi, Agentlik yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə həyata keçirilib.
Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !