UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği adlı layihənin açılışı keçirilib - (+FOTO=7)

“UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” adlı layihənin açılışı keçirilib (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, 12 noyabr 2019-cu il tarixdə 82 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğilayihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.
Açılış mərasimində UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliğiadlı layihənin təlimçisi Vüsal Ömərov, 82 saylı tam orta məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.

Çıxış edən UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında maarifləndirməkdən və onların bu istiqamətdə fikir və biliklərinin daha formalaşaraq möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir. Təlimçi qeyd etdi ki, xalça və kəlağayı Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələrindəndir. Azərbaycan xalçası və kəlağayısı mədəniyyətimizin maddi və mənəvi irsini təşkil edir. Azərbaycan xalqı dünya xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyasına və xalça sənəti üzrə birinci, nüfuzlu yerə malikdir.

Sonra təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Sonda təlimdə fəal iştirak edən bir qrup şagird “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyi tərəfindən hazırlanmış sertifikatlar ilə təltif olunmuşlar.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !