Aktyor yenidən doğma səhnəyə qayıtdı... - (+FOTO=1)

Aktyor yenidən doğma səhnəyə qayıtdı... (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, ötən mövsümün sonu istedadlı aktyorumuz, Sumqayıt Dövlət Dram Teatrının repertuarında yer tutan tamaşalarda özünəməxsusobrazlar yaratmış Yalçın Səlimov uğurlu əməliyyatdan sonra doğma kollektivə, səhnəyə qayıtdı. Bugünsə nəhayət uzunmüddətli fasilədən sonra səhnədə- Abdulla Şaiqin “Qaraca qız” tamaşasında öz sevimli obrazını canlandırdı. Bu sevindirici hadisəni teatrın texniki və yaradıcı heyəti xüsusi təntənə ilə qeyd etməyə qərar verdi.

Tamaşanın sonunda səhnəyə aktyorun şərəfinə xüsusi hazırlanmış tort gətirildi. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov dabu xoş anlarda kollektivimizin yanında oldu.“Hər zaman olduğu kimi bu dəfə də hörmətli Mehriban xanımın mədəniyyətə, ictimaiyyətə, bu sferada çalışan insanlara qarşı nə qədər həssas yanaşdığının bir daha şahidi olduq” deyə Mübariz Həmidov qeys etdi.Teatr rəhbərliyi istedadlı bir insanın yenidən həyata qayıtmasına vəsilə olmuş hərmətli Mehriban xanıma təşəkkürünü vurğuladı. Həmçinin teatra və yaradıcı insanlara ayrı-ayrılıqda hər zaman dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Sumqayıt şəhər icra hakimiyyətinə kollektiv adından minnətdarlıq etdi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !