Media nümayəndələri əlilliyi olan insanlarla əlaqədar materiallara həssaslıqla yanaşmalıdır - (+FOTO=17)

Media nümayəndələri əlilliyi olan insanlarla əlaqədar materiallara həssaslıqla yanaşmalıdır (+FOTO=17)

 AZpress.AZ xəbər verir ki, “Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “qüsurlu”, “şikəst” kimi ifadələr işlədirlər...”.

Bu fikirlər noyabrın 8-də paytaxtda keçirilən “Medianın əlliyi olan şəxslərin sosial adaptasiyasında rolu” mövzusunda təlimdə səslənib.

Layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək bildirib ki, təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub və sağlamlıq imkanları məhdud uşaqlarla kompleks şəkildə maarifləndirmə işi aparmaqla onların sosial inklüziyasına dəstək göstərmək məqsədi daşıyır.

Təlimdə Vəkillər Kollegiyasının üzvü,Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov daha çox cəmiyyətdə əlilliyin dərki ilə əlaqədar problemin mövcud olduğunu qeyd edərək bildirib ki, əlilliyi olan insanları çox halda normal, yararlı olmayan şəxs kimi təqdim edirlər. Ona görə də media nümayəndələri həmin mövzularda yazarkən daha həssas davranmalı və əlillərin problemlərinə peşəkarlıqla yanaşmalıdırlar.

Müstəqil Həyat Tərzi Əlillərə Dəstək İctimai Birliyinin sədri Aydın Xəlilov diqqətə çatdırıb ki, əsas problemlərdən biri bu sahədə sosial reklamların olmamasıdır. Təəssüflə qeyd etməyə dəyər ki, həmin mövzuda hazırlanan videoçarxlar qənaətbəxş deyil. O, məsələ ilə əlaqədar bir sıra təkliflər də səsləndirib.

Təlim başa çatandan sonra jurnalistlərə sertifikatlar verilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !