Laçın məktəbliləri Quba-Qusar-Xaçmaq istiqaməti üzrə tur-aksiyaya başlayıblar - +FOTO=9 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Laçın məktəbliləri Quba-Qusar-Xaçmaq istiqaməti üzrə tur-aksiyaya başlayıblar +FOTO=9 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

  “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Laçın rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya başlayıblar.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, laçınlı məktəblilər maarifləndirici tur-aksiyaya məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsindən yola salınıblar. Tus-aksiya iştirakçıları ilə keçirilən görüş zamanı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində görülən işlərdən danışıb, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr verib.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyada da məqsəd gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və sevdirməkdir.

Qeyd olunub ki, Quba-Qusar-Xaçmaz bölgəsində turizmin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm gözəl təbiəti, həm də tarixi məkanları ilə tanınır. Odur ki, hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə edərək, bölgə haqqında geniş məlumatlar əldə etməli, səfərlərinin mənalı və səmərəli keçməlsinə çalışmalıdırlar.

Təhsil işçiləri və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verib, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər ulu öndər Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstünü ziyarət etdikdən sonra, xatirə şəkli çəkdirib, onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !