Dünyanın ən çox spirtli içki içilən ölkələrin adları açıqlandı -

Dünyanın ən çox spirtli içki içilən ölkələrin adları açıqlandı

 Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yeri tutub.

AZpress.AZ  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının noyabrda dərc edilən sağlamlıq nəşrində yer alıb.

Qeyd olunub ki, Litvada bir nəfər orta hesabla il ərzində 12,3 litr spirtli içki qəbul edir.

Litvadan sonra Avstriya (11,8 litr) və Fransa (11,7) gəlir. İlk beşlikdə Çexiya (11,6 litr) və Lüksemburq da (11,3 litr) var. Altıncı yerdə qərarlaşan dövlətlərin sakinləri orta hesabla il ərzində 11,2 litr spirtli içki qəbul edir. Bunlar Latviya və İrlandiyadır.

Macarıstan Rusiya ilə birlikdə, 11,1 litr göstərici ilə yeddinci yerdə qərarlaşıb. Almaniya (10.8 litr), Portuqaliya (10.7 litr) və Polşa (10.6 litr) vətəndaşları ilk onluğun sonuncu üç yerini tutublar.

Vətəndaşlarının ən az içki qəbul etdiyi dövlətlər isə İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr), Hindistan (3.0 litr) və Kosta Rikadır (3.8 litr).

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !