Region gənclərindən könüllülük hərəkatına ilk addım layihəsi çərçivəsində film günləri keçirildi - (+FOTO=5)

“Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsi çərçivəsində film günləri keçirildi (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, “Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində 9-10 noyabr 2019-cu ildə Zərdab rayon Gənclər Mərkəzində Film günləri keçirilmişdir.

Birinci gün Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov tədbiri açıq elan etdi. Sonra Layihə rəhbəri Vəfa Xəlilli layihənin həyata keçirilməsində dəstəkçi olan Azərbaycan Respublikasının Gənclər Fondu, "Gəncliyə Dəstək" İctimai Birliyi və layihə haqqında məlumat verdi. Layihə çərçivəsində indiyədək keçirilmiş və keçiriləcək tədbirlərdən danışıldı. Film günü 9 noyabr Bayraq gününə təsadüf etmiş və Gənclərə bu günün tarixi haqqında danışıldı.30 nəfər iştirak etdi. "Mübariz" filmi nümayiş etdirildi. Film sonrasında çay-kofe fasiləsi oldu.

İkinci gün Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, Layihə rəhbəri Vəfa Xəlilli və təşkilatın sədr müavini Eldar Xəlilov çıxış etdi. “Sonsuzluk teorisi” adlı motivasiya filmi nümayiş etdirildi. Film gününün iştirakçıları danışdı və Azərbaycan Gənclər Fonduna öz təşəkkürlərini bildirdilər Belə layihələrin gənclərin könüllü fəaliyyətinə köməklik etdiyi üçün davamlı olmasını xahiş etdilər. Film sonrasında çay-kofe fasiləsi oldu.

Layihənin məqsədi region və kəndli gənclər könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir.

 

Vəfa Xəlilli

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !