Xarəzmdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Azərbaycan və Özbəkistan nümayəndələrini qəbul edib - (+FOTO=6)

Xarəzmdə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Azərbaycan və Özbəkistan nümayəndələrini qəbul edib (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri zamanı vilayət hakimi Fərxad Ermanov tədbirdə iştirak edən Azərbaycandan gelən nümayəndələri qəbul edib.

Qeyd edək ki, Özbəkistanın qərbində yerləşən Xarəzm vilayətində Özbəkistanın Xivə, Urgənc kimi şəhərlər yerləşir və Vilayət tarixi abidələrlə zəngindir.

Vilayətin rəhbəri Fərxad Ermanov qonaqları salamlayaraq qədim Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsindən məmnun olduğunu bildirib. Hakim qədim Xivə, onun təkrarsız abidələrindən danışıb, bu ilin doqquz ayında Xarəzmə 2 milyondan artıq xarici turistin gəldiyini vurğulayıb. F.Ermanov əmin olduğunu bildirib ki, bundan sonra qədim Xarəzmin mərkəzi Urgəncdə və Bakıda tez-tez belə tədbirlər keçiriləcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli gələcək əməkdaşlıq məsələlərindən danışıb, Xarəzm vilayəti ilə Azərbaycanın regionları arasında əlaqələrin yaradılması, ölkəmizin şəhərləri ilə Xarəzm vilayətinin şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Bakı şəhərindəki İçərişəhər Dövlət Qoruğu ilə Xivə şəhərindəki İçənqala qoruğu arasında və vilayətin ali məktəbləri, mədəniyyət müəssisələri və Azərbaycanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılması təklifləri ilə çıxış edib.

Samir Abbasov ölkələrimiz arasında əlaqələrin dərinləşdiyini qeyd edib, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı ilə görüşü haqqında söhbət açıb, Özbəkistanın Türk Şurasına üzvlüyünün əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib.

Sona Vəliyeva səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycan və özbək xalqlarının dostluğundan danışıb, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsini vurğulayıb, Özbəkistanda Azərbaycan mədəniyyəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu deyib. S.Vəliyeva qədim Xivə şəhərini gəzdiklərini, buradakı təkrarsız abidələrə valeh olduğunu bildirib.

Görüşdə çıxış edən digər natiqlər əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !