Estoniyada Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi mövzusunda konfrans keçirilmişdir - (+FOTO=7)

Estoniyada Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin taleyi mövzusunda konfrans keçirilmişdir (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, Müstəqil Araşdırmacı Jurnalistlər İB-nin təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılğı ilə 6 noyabr 2019-cu ildə Tallin şəhərində keçirilən konfransda Müstəqil Araşdırmacı Jurnalistlər İB-nin sədrinin köməkçisi və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin nümayəndəsi, Türkiyə Respublikasının Estoniyadakı səfirliyinin ikinci katibi Emrah Yavuz, Estoniya Qaçqınlar Şurasının nümayəndəsi Anu Viltrop, Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Haciyev, Estoniya Radio 4 müəllif verlişinin-“Ocaq”ın redaktoru Sənəm Əliyeva, Estoniya Diplomatiya Akademiyasının, eləcə də sözügedən ölkədə təhsil alan tələbələr və QHT nümayəndələri iştirak etmişdir.

Konfransda “Qarabağ Azərbaycandır, nida!” mövzusu ilə çıxış edən Rəfi Qurbanov iştirakçıların diqqətinə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunması ölkəmizin xarici siyasətinin əsas priotitedir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda münaqişənin həlli ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran R.Qurbanov bildirmişdir ki, istər Ermənistanın əvvəlki rejimi, istərsə də bu günkü hakimiyyətin siyasi ritorikasında münaqişənin sülh yolu ilə həll olunmasına maneə olacaq fikirlər yer alır. Buna misal kimi Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyanın BBC-nin məhşur verlişi olan “Hardtalk”a müashibəsini göstərən natiq iştirakçıların diqqətinə çatdırmışdır ki, sanki nüfuzlu beynəlxalq təşkilatların rəsmi qərarları, müstəqil beyin mərkəzlərinin apardığı araşdırmaların nəticələri, bir sözlə beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı rəyi yalandır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması, mədəni irsimizin, maddi dəyərlərimizin məhv edilməsi faktını yalnız biz deyil, müstəqil beynəlxalq qurumlar və onların apardığı araşdırmaların nəticələri deyir.

Daha sonra Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində bütün səylərin göstərildiyini qeyd edən icraçı direktorun müavini bildirmişdir ki, atəşkəs elan olunduqdan sonra Azərbaycan tərəfi hər zaman beynəlxalq hüquq və normalarını əsas tutmuş və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bütün platformalardan ifadə etmişdir. Sonda isə Rəfi Qurbanov diqqətə çatdırmışdır ki, bu gün dünyanın müxtəlif kəşfiyyat orqanlarının ermənilərlə bağlı açıqladıqları arxivlərə nəzər saldıqda Ermənistan və erməni millətçiləri tərəfindən yaradılan bir sıra terror təşkilatlarının törətdikləri vəhşiliklər dünyaya məlum olur.

Sonda layihə çərçivəsində çap edilmiş “Dağlıq Qarabağda yaşayan azərbaycanlılar” və Fond tərəfindən ingilis dilində nəşr edilən “Erməni terroru: Azərbaycanın tarixi və dini abidələri” adlı kitab iştirakçılara təqdim olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.



Resid Pasali

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !