İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 GÜLƏŞ

"Klassiklərimiz" dünya birinciliyində 2 medalla 14-cü olub.

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşa qədər gənclər arasında güləş üzrə keçirilən dünya birinciliyinə yunan-Romaçıların ("klassiklər") çıxışı ilə yekun vurulub. Aktivinə bir gümüş və eyni sayda bürünc medal yazdıran Azərbaycan yığması çıxışını 35 xalla 14-cü pillədə başa vurub. Medalları müvafiq olaraq, yalnız həlledici finalda uduzan Sənan Süleymanovla (72 kq) Zaur Əliyev (55 kq) qazanıb. Komanda hesabında ilk üç yeri isə müvafiq ardıcıllıqla İran (122 xal), Gürcüstan (121 xal) və Rusiya (118 xal) tutub.

Xatırladaq ki, bu yarış yığmamızın rusiyalı baş məşqçisi Aleksandr Tarakanovun debütü olub.

Azərbaycanın dünyada güləş ölkələri sırasında olduğunu nəzərz alsaq bu nəticəni heç dı uğurlu hesab etmək olmaz.

Yeri gəlmişkən, "klassiklərimiz"dən fərqli olaraq, Macarıstanda 5 (1-2-2) medal qazanan "volniklərimiz" isə yalnız Rusiya (145 xal) və İrandan (139 xal) geri qalaraq, 111 xalla dünya üçüncüsü oldu.

Beləliklə, Azərbaycan güləşçiləri dünya birinciliyində üst-üstə 1 qızıl, 3 gümüş və üç bürünc medal qazanıb.

 

Dünya çempionu Tural Bayramov

 

***

CÜDO

Lisenziya xarakterli turnirlər davam edir.

Nicat Şıxəlizadə Avstraliyada ikinci olub.

Avstraliyanın Perte şəhərində cüdoçuların Olipiadaya lisenziya xalı verən Açıq Okeanie Kuboku uğrunda beynəlxalq turniri keçirilib. Turnirə 5-i qadın olmaqla 9 cüdoçu ilə qatılan Azərbaycan yığması vətənə biri gümüş, digəri bürünc əyarlı olmaqla 2 medalla dönüb. Medallara gəlincə, "gümüş" 66 kq çəki dədrəcəsində çıxış edən Nicat Şıxəlizadənin, "bürünc" isə Murad Fətiyevin (91 kq) payına düşüb. Xatırladaq ki, yalnız finalda ispaniyalı Martin Qaiteroya uduzan Nicat buna qədər 3 görüşü, o cümlədən braziliyadan olan reytinqli Daniel Karqin və almaniyalı Sebastyan Seydlyanı məğlub edib. Bu yarışda finala çıxmaq Şıxəlizadənin dünya reytinq cədvəlindəki məvqeyinə da təsir edib. İndi bu çəkidə Nicat Şıxəlizadə ilə Orxan Səfərov arasında gərgin reytinq mübarizəsi yaranıb. Qeyd edək ki, Okeanie Kubokundan 2 gün öncə isə Orxan Səfərov Abu-Dabidə (BƏƏ) "Böyük Dəbilqə"nin ikincisi olmuşdu.
Turnirdə Azərbaycan da daxil olmaqla, 66 ölkədən 310 tatami ustası mübarizə aparıb.

Nicatın şəkilləri

 


 

***

ŞAHMAT


Teymur Rəcəbov FİDE Qran-Prisində

 

Bu gün Hamburqda (Almaniya) FİDE Qran-Prisinin (Grand Prix FIDE) üçüncü mərhələsinə start veriləcək. Planetin ən yaxşı 16 zəka sahibinin mübarizə aparacağı bu turnirdə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758 reytinq xalı) da iştirak edəcək. Mükafat fondu 130 min dollar təşkil edən və uduzan çıxır sistemi üzrə keçirilən bəlli turnirdə reytinq göstəricisinə görə 5-ci olan Rəcəbovun potensial raqibləri sırasında Yan Nepomniyaşi (Rusiya, 2776), Maksim Vaşye-Laqrav (Fransa, 2774), Yuy Yanq (Çin, 2763), Aleksandr Qrişuk (Rusiya, 2759), Radoslav Voytaşek (Polşa, 2748), Pentala Harikrişna (Hindistan, 2748), Xikaru Nakamura (ABŞ, 2745), Veselin Topalov (Bolqarıstan, 2736), Yan-Kşiştof Duda (Polşa, 2734), Nikita Vityuqov (Rusiya, 2732), Petr Svidler (Rusiya, 2729), Vey İy (Çin, 2721), David Navara (Çexiya, 2717), Danil Dubov (Rusiya, 2699) və Dmitriy Yakovenko (Rusiya, 2681).

1\8 finaldan başlayan turirə 15-17 noyabr günlərində baş tutacaq final oyunları ilə yekun vurulacaq. Startda Rəcəbov Dubovla qarşılaşacaq.

Xatırladaq ki, digər həmyerlimiz Şəhriyar Məəmədyarovun da işətirak etdiyi və ümumi mükafat fondu 280 min dollar olan bu turniin yekununda ilk iki yeri şahmatçı iddiaçılar turnirində iştirak etmək hüququ qazanacaq. Yeri gəlmişkən, Teymur Rəcəbov ştən ay Dünya Kubokunu udmaqla bu vəsiqəni əldə edib.

 

İntiqam

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !